Yuxarı

Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Ermənistandan balıq idxalını tam dayandırdı

Rusiya Ermənistandan balıq məhsullarının idxalına qoyulan məhdudiyyətləri genişləndirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Ermənistanda daha iki müəssisənin məhsullarının sertifikatlaşdırılması əvvəllər aşkar edilmiş pozuntular aradan qaldırılana qədər müvəqqəti dayandırılıb.

Beləliklə, Rusiya Ermənistandan bütün balıq məhsullarının idxalını dayandırıb.

Qeyd edək ki, iyunun 2-dən etibarən Ermənistandan Rusiyaya balıq idxalı qadağan edilib. Belə ki, qurumdan verilən məlumata görə, Rusiyaya balıq idxalı ilə məşğul olan əksər yerli şirkətlər yoxlamalardan keçməyib və ya yoxlamadan imtina edib, buna görə də pozuntular aradan qaldırılana qədər sertifikatlaşdırma dayandırılıb.

Xatırladaq ki, bundan öncə Rusiya Ermənistandan meyvə-tərəvəz, gül, bir neçə adda konyak və şərab, həmçinin "Cermuk" mineral suyunun idxalını və satışını qadağan edib.

Tarix
2026.06.26 / 10:03
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla