Yuxarı

Ermənistanda məntəqədə atəş açan namizəd oğlu imiş

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda məntəqədə atəş açan namizəd oğlu imiş

11:15

Ermənistanın Ararat vilayətinin Azataşen kəndindəki seçki məntəqəsində atışma olub.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Məlumata görə, Çiçəklənən Ermənistan Partiyası və Verelk Partiyasının üzvləri arasında mübahisə yaranıb.

Mübahisə iştirakçılarından biri qaz tapançası ilə havaya bir neçə dəfə atəş açıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

Azataşen kəndindəki seçki məntəqəsində havaya atəş açan şəxs deputatlığa namizədlərdən birinin oğludur.

Bu barədə Ermənistan hüquq-mühafizə orqanları məlumat yayıb.

Bildirilib ki, hadisə yerindən 2 boş və bir dolu giliz tapılıb. Qaz tapançası isə müsadirə edilib.

Hazırda qanunu pozan şəxsin ifadə vermək vəziyyətində olmadığı bildirilib.

***

İrəvanda da silahlı insident qeydə alınıb.

Bildirilir ki, alkoqollu içkinin təsiri altında olan kişi öz mənzilindən havaya atəş açıb. Polis əməkdaşları onu zərərsizləşdirirək, bölməyə gətiriblər. İlkin məlumata görə, hadisə zamanı xəsarət alan olmayıb.

Təhqiqat aparılır.

Tarix
2021.06.20 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev forum iştirakçılarına müraciət ünvanladı

Bakıda AQEM-in Media Forumu keçirilir

İrakli Çikovani Azərbaycanda səfərdədir

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla