Yuxarı

COVİD-19 pasportunun tətbiqi ilə bağlı qətnamə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
COVİD-19 pasportunun tətbiqi ilə bağlı qətnamə

Avropa Şurası Parlament Assambleyası (AŞPA) "COVİD-19 sertifikatları: fundamental hüquqların qorunması və hüquqi nəticələri" adlı qətnamə qəbul edib.

Axar.az Report-a istinadən xəbər verir ki, sənəddə COVİD-19 pasportunun tətbiqi ilə bağlı qərar verən ölkələrin sayının artdığı qeyd olunub.

"AŞPA bu pasportların verilməsi zamanı hər bir şəxsin vəziyyətinə uyğun gələn fərqli münasibət göstərilməsinin ayrı-seçkiliyə aparıb çıxara biləcəyindən və beləliklə, bunun insan hüquqları və azadlığına mənfi təsir göstərə biləcəyindən narahatlığını bildirir. Bu səbəbdən AŞPA tovsiyə edir ki, şəxsi məlumatların qoruna bilməsi üçün COVİD-19 pasportu sistemi aydın hüquqi əsaslara, hərtərəfli zəmanətə əsaslanmalıdır", - qətnamədə vurğulanıb.

Sənəddə bildirilib ki, pandemiya başa çatdıqdan sonra sistemdəki məlumatlardan sui-istifadə olunmaması üçün ciddi nəzarət yaradılmalıdır:

“Eyni zamanda COVİD-19 pasportu verilərkən görülən tədbirlər Avropa Şurasının şəxsi məlumatlar və şəxsi həyata dair hüquqi normalarına uyğun şəkildə həyata keçirilməlidir”.

Tarix
2021.06.22 / 15:47
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla