Yuxarı

Qəzzafi buna görə mənə 20 milyard təklif etdi - Nazarbayev

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzzafi buna görə mənə 20 milyard təklif etdi - Nazarbayev

Fələstin lideri Yasir Ərəfat Liviya başçısı Müəmmər Qəzzafinin adından Qazaxıstana SSRİ-nin dağılmasından sonra sovet nüvə silahını əlində saxlaması üçün 20 milyard dollar təklif etmişdi.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın keçmiş prezidenti, Elbaşı Nursultan Nazarbayev amerikalı rejissor Oliver Stounun “Qazax: qızl insanın tarixi” filmində deyib.

“Biz dünyada nüvə arsenalına görə dördüncü yerdəydik. Mənim yanıma Marqaret Tetçer (1979-1990-cı illərdə Britaniyanın Baş naziri), Ceyms Beyker (1989-1992-ci illərdə ABŞ-ın Dövlət katibi) gəlirdi. Məndən soruşurdular ki, raketlərin axırı nə olacaq, onlarla nə edəcəksiniz?” - Nazarbayev bildirib.

Nazarbayevin sözlərinə görə, indiki Prezident Qasım Jomart Tokayev 1994-1999-cu illərdə ölkənin xarici işlər naziri olarkən islam ölkələrindən məktublar alırdı. Məktublarda deyilirdi ki, Qazaxıstan nüvə silahına sahib ola biləcək yeganə türk-müsəlman ölkəsi ola bilər və bunu qoruyub saxlamalıdır:

“Bundan sonra Fələstin Administrasiyasının rəhbəri Yasir Ərəfat Qazaxıstana gəldi. Onu Liviya lideri Müəmmər Qəzzafi nüvə silahı ilə bağlı vəziyyəti öyrənmək üçün göndərmişdi. Sözsüz ki, mənim bu raketləri satmaq fikrim yox idi. Mən sadəcə dedim: "Onları saxlamaq çox bahadır. Qazaxıstan bunu edə bilməz". O isə soruşdu ki, nə qədər pul lazımdır? Zarafatca dedim ki, 20 milyard dollar. Amma o ciddi qəbul etdi və dedi ki, mən çatdıracam və pullar sizin olacaq”.

Nazarbayev Stouna bu pulları qəbul etmədiyini deyib.

Tarix
2021.07.17 / 09:00
Müəllif
Anar Əhmədov
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla