Yuxarı

Dəmirdaşın Öcalanı bitirmə planı üzə çıxdı - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dəmirdaşın Öcalanı bitirmə planı üzə çıxdı - Foto

"İmralı-Qəndil-HDP xəttində yeni proseslər yaşanır. Qəndilin hər fürsətdə dilə gətirdiyi "Öcalan məhkumdur, sağlam qərar verə bilməz" fikri onun çıxdaş edilməsinə hesablanıb. Kəşfiyyat hesabatlarında əks olunan məlumata görə, HDP sədrinin PKK-dakı böyük qardaşı, kod adı "Şiyar" olan Nurəddin Dəmirdaş yaratdığı yeni qruplaşma ilə Öcalanın təşkilatdakı nüfuzunu heçə endirmək üçün lobbi fəaliyyəti həyata keçirir".

Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin nüfuzlu "Star" dərgisi çıxış edib. Qəzetin məlumatına görə, həll müddətində İmralı təlimatlarına əsasən hərəkət edilməsinə qarşı çıxan bu qrup İmralının bundan belə arxa planda qalmasını istəyir:

"Hesabatlara görə, böyük qardaş Dəmirdaş təşkilatın liderlərindən olan Sabri Ok, Cəmil Bayık, Mustafa Karasu və Duran Kalkanı Öcalanın "fəxri prezident" elan edilməsi üçün razı salmağa çalışır. Bu addımla Öcalanın təşkilat üzərindəki təsiri azaldılmış olacaq və İmralıdan gələn təlimatlar da tanınmayacaq. Bunun üçün ciddi faktlar var:

- 7 iyun seçkisindən dərhal sonra silahı yerə qoymaq müzakirələrində Kürdüstan Cəmiyyəti Birliyi (KCK) silahı yerə qoymaq əmrinin İmralıda deyil, yalnız özlərində olduğunu açıqladı.

- 28 fevralda Baş nazirin müavini Yalçın Akdoğan və HDP-nin ortaq konfransında Öcalanın PKK-ya etdiyi tərksilahla bağlı konqres çağırışı tətbiq olunmadı.

- Demokratik Toplum Partiyasından sabiq millət vəkili Aysel Tuğluk da 2013-cü ilin yanvarında "Kürd hərəkatının simaları arasında fikir ayrılığı yoxdur. Öcalan açar rolunu oynayır. Ancaq bu, bütün qərarların Öcalan tərəfindən verilməsi anlamına gəlmir", - deyərək, ortada olan reallığı bir daha göstərdi".

Tarix
2015.07.10 / 22:06
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla