Yuxarı

Türkiyənin də qatıldığı "8+1 platforması"... - Ərol

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin də qatıldığı "8+1 platforması"... - Ərol

Hazırda yeni beynəlxalq sistemin qurulması prosesi davam edir və bu proses etibarnamələr vasitəsi ilə dolayı müharibə şəklində aparılır.

Axar.az xəbər verir ki, bunu Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Məhməd Seyfəddin Ərol bildirib.

“Terror təşkilatları burada vəkil aktor kimi görünür. Soyuq müharibə dövründə istifadə edilən bu üsul SSRİ-yə qarşı təsirli nəticələr verdi. ABŞ-ın Əfqanıstandan çəkilməsi bu ölkədə daha dərin və daha geniş bir prosesə işarə edir.

Terror təşkilatlarının Əfqanıstanda bir fəaliyyət sahəsi tapması güclü bir ehtimaldır", - Ərol vurğulayıb.

O qeyd edib ki, terror sahəsi Kəşmirdən Myanmaya, Mərkəzi Asiyadan Rusiyaya qədər uzana bilər:

“BMT və AB-nin yanında Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Pakistan, İran və Türkiyədən ibarət "8+1 platforması" ən qısa müddətdə tətbiq edilməlidir".

O, Rusiya ilə Çinin Mərkəzi Asiyada qarşı-qarşıya gətirilməyə çalışıldığını və buna görə də bölgə dövlətlərinin sülh və sabitlik üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb.

Ərol yaranan fürsətdən Talibanın istifadə edəcəyi halda mövcudluğunu qorumağa davam edəcəyini, əks halda vətəndaş müharibəsi, daha sonra isə regional müharibənin qaçılmaz olacağını bildirib.

Tarix
2021.08.26 / 08:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla