Yuxarı

ABŞ geri çəkildi, boşluğu İran doldura bilməyəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ geri çəkildi, boşluğu İran doldura bilməyəcək

ABŞ-ın İraqla müqaviləsi var, ona görə də onun geri çəkilməsi bir daha geri gəlməyəcəyi anlamına gəlmir. Çəkildikdə hara gedirlər? Küveyt, Qətər və İordaniyadakı bazalarına qayıdırlar. Bu səbəbdən ABŞ-ın İraqdakı əsgərlərini bu ölkələrdə cəmləşdirməsinin bir fərqi yoxdur. Çünki istədiyi vaxt hava əməliyyatları aparmaq potensialına malikdir.

Axar.az xəbər verir ki, bunu türkiyəli siyasi ekspert Ramazan Bursa deyib.

"ABŞ-ın qoşunlarının İraqdan çıxarılması İranın dolduracağı boşluq yaratmır. İran İraq üzərində böyük təsirə malik çox güclü bir ölkədir və ABŞ da gücünü qoruyub saxlayır. Bu səbəbdən bundan sonra İraq üzərində ABŞ-İran münaqişəsi daha çox siyasi mübarizələrə əsaslanacaq. Əfqanıstanda İran 2015-ci ildən sonra Talibanla münasibətləri inkişaf etdirdi. Bu əlaqələr sonradan Taliban nümayəndə heyətinin İrana səfəri ilə nəticələndi. Taliban Əfqanıstanın şiə əhalisinin yaşadığı bölgələrə heç bir qarşıdurma olmadan razılaşma yolu ilə girdi. Aparıcı əfqan şiələri də bir neçə gün əvvəl Kabildə Taliban heyəti ilə görüşdülər və Taliban tərəfindən yaradılacaq hökuməti dəstəkləyəcəklərini bildirdilər. İran İnqilab Keşikçiləri Korpusuna bağlı Qüds qüvvələrinin komandanı İsmayıl Qaani Əfqanıstanda əlaqələri inkişaf etdirdi. Ancaq bu əlaqələrin keyfiyyətinə və dərəcəsinə baxdıqda, İraq və Suriya ilə müqayisə etdikdə İranın o qədər də qətiyyətli olmadığını görürük.

ABŞ, Çin və Rusiyanın Əfqanıstanda yeni siyasi sistemin formalaşmasında və ticarətin yenidən qurulmasında təsirli olacağını düşünürəm. İran təsirli olmaq və Əfqanıstanda ticarət aparmaq istəsə, Rusiya və Çinlə əməkdaşlıq edəcək. Bunun əlamətlərini də görürük", - R.Bursa qeyd edib.

Tarix
2021.08.31 / 08:45
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

ABŞ İranda elə yerlərə zərbə endirdi ki...

Zakir Həsənov Səlcuq Bayraqdarı qəbul etdi - Foto

Bayramovun “sensasion” bəyanatına İrəvandan cavab

Türkiyənin "Ay Ulduz"u: Pentaqondan 3 dəfə böyük...

Mustafayev Bayraqdarla hərbi əməkdaşlığı müzakirə etdi

Başkənd məsələsindən imtina edə bilmərik - Paşinyan

TRİPP İran üçün yeni imkanlar açacaq - Paşinyan

Rusiyanın 14 gəmisinə zərbə endirildi

Bu gün onların peşə bayramıdır - Tarix təsadüf seçilməyib

Hörmüzdən yan keçən layihə - İran məhv edilir

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla