Yuxarı

Bu da prokurora verilən rüşvətin sənədi – Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu da prokurora verilən rüşvətin sənədi – Foto

Türkiyədəki "əsrin davası" adlanan "Ergenekon" ilə tanınan və 17 dekabr rüşvət əməliyyatını araşdıran prokuror Zəkəriyyə Özün Dubaydakı 77 min lirəlik (27.5 min manat) tətil xərcinin biznesmen Əli Ağaoğlu tərəfindən ödəndiyi açıqlanıb. Özün 5530 dirhəm (11 min 560 manat) ödədiyi axşam yeməyinə verilən 300 dirhəm (640 manat) bəxşişin sənədi ortaya çıxıb.

"Axar.az" xəbər verir ki, İstanbul Baş prokuror müavini Zəkəriyyə Özün Dubaydakı tətil xərclərini "Sabah" qəzeti yayımlayıb. İstanbuldakı bir inşaat şirkəti tərəfindən ödəndiyi iddiasına qarşılıq olaraq "Hürriyət"ə danışan Öz "pulumu öz cibimdən ödədim" açıqlamasını verib. Özün bu açıqlamasına cavab isə biznesmen Əli Ağaoğlundan gəlib. Yazılı açıqlama verən Ağaoğlu "Dubaydakı nümayəndəmizin, cənab prokuror ilə köhnə tanışlıqları çərçivəsindəki bu qonaqlıq nümayəndəmizin təşəbbüsü ilə reallaşmasından məlumatlıyıq" deyərək, tətil xərclərinin öz şirkəti tərəfindən ödəndiyini bildirib.

5530 dirhəm hesab, 300 dirhəm bəxşiş

Yayımlanan sənəddə 300 dirhəm (640 manat) bəxşişin ödəndiyi naharda 5530 dirhəm (11 min 560 manat) hesabı "Ağaoğlu" Şirkətlər Qrupu Körfəz ölkələri Satış Direktoru İdris Dəmirxanın plastik kartından ödənib.

Tarix
2014.01.07 / 17:15
Müəllif
Vüsal Tağı
Digər xəbərlər

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla