Yuxarı

ABŞ hərbi bazasına hücum: PUA-lar, yoxsa MiQ-lər vurdu?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ hərbi bazasına hücum: PUA-lar, yoxsa MiQ-lər vurdu?

ABŞ-ın və Qərb koalisiyasının Suriyanın Ət-Tanf şəhərində yerləşən bazasına ötən gecə raket hücumları olub.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, Livanın “Əl Mayadin” kanalı Suriya, İraq və İordaniyanın sərhədlərinin kəsişməsində yerləşən bazanın ərazisində bir neçə güclü partlayış müşahidə edildiyini yazıb. Hərbçilərin yaşadıqları binalar və kazarmaların hədəf alındığı bildirilir. Hərbçilər arasında itkilər və maddi ziyan barədə heç nə deyilmir, ABŞ hərbi komandanlığı hələlik hadisə ilə bağlı açıqlama verməyib. Bildirilir ki, zərbələr beş pilotsuz uçan təyyarələrdən endirilib.

Suriyanın “AlBadia 24” informasiya agentliyi isə bildirir ki, raket zərbələri dörd qırıcı təyyarədən endirilib. Əvvəlcə pilotsuz təyyarə hərbi bazanın yerləşdiyi rayonda kəşfiyyat aparıb, ardınca qırıcılar bazaya raket zərbələri endirib. Bildirilir ki, raket zərbələrindən əvvəl hərbi bazanın yerləşdiyi rayonda bütün peyk və mobil rabitə əlaqəsi kəsilib. Bu da güclü radioelektron mübarizə sisteminin işə düşməsindən xəbər verir.

“Naməlum pilotsuz aparat zərbələrdən bilavasitə əvvəl beynəlxalq koalisiyanın nəzarətində olan zonadan 55 kilometr məsafədə yerləşən Ət-Tanf bazasının yaxınlığında görünüb, ardınca 4 döyüş təyyarəsi zərbələr endirib”, - məlumatda deyilir.

Lakin agentlik qırıcıların tipini və hansı ölkəyə malik olmasını dəqiqləşdirmir. Bəzi mənbələr ehtimal edir ki, söhbət Suriya Hərbi Hava Qüvvələrinin MiQ-29 qırıcılarından gedə bilər.

Tarix
2021.10.21 / 12:29
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla