Yuxarı

Gürcü müxalifəti meriyaların işini iflic edə bilər - Plan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü müxalifəti meriyaların işini iflic edə bilər - Plan

Vahid Milli Hərəkat Partiyası və onun tərəfdaşları yerli hökumət orqanlarında yer almaqla bağlı hələlik qərar qəbul etməyiblər.

Axar.az xəbər verir ki, bunu partiyanın liderlərindən olan Xatiya Dekanoidze deyib.

“Biz hələ prosedur məsələləri müzakirə etməmişik. Bu qərarı bütün komanda verməlidir”, - Dekanoidze bildirib.

Dekanoidze müxalifətin bütün yerli hökumət orqanlarında qalmasının tərəfdarı olduğunu deyib.

Bu arada xırda partiyalar da öz təkliflərini irəli sürməyə başlayıblar.

Xalq üçün Partiyasının lideri Anna Dolidze müxalifətin çoxluq təşkil etdiyi yerli hökumət orqanlarında Gürcü Arzusundan olan merlərə qarşı impiçment elan etməyi təklif edib.

“Biz müxalifətə “Xalq impiçmenti” adını verdiyimiz fəaliyyət planını təklif edirik”, - Dolidze bildirib.

Qeyd edək ki, müxalifət partiyaları, ümumilikdə, Rustavi, Batumi, Zuqdidi, Tsalenjixa, Çxorotsxu və Senaki yerli hökumət orqanlarında çoxluğa malikdirlər. Eyni zamanda, Milli Hərəkat Partiyası yalnız Zuqdidi və Senakidə çoxluğa malikdir. Digər regionlarda onun çoxluğu Gürcüstanın keçmiş baş naziri Georgi Qaxariyanın Gürcüstan Naminə Partiyasından asılıdır.

Bununla belə, impiçment elan etmək üçün müxalifətə yerli hökumət orqanlarındakı deputatların üçdə ikisinin razılığı lazımdır. Amma müxalifətin yalnız Zuqdididə və Qaxariyanın partiyasının köməyi ilə belə sayda tərəfdarı var.

Tarix
2021.11.03 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan prezidenti Azərbaycanla sülhdən danışdı

Bu halda Azərbaycan 500 milyon manat qazanacaq

Bakıda mühüm konfrans başa çatdı: Bəyanat qəbul edildi

İlham Əliyevlə bunlar müzakirə edildi - Paşinyan

Heydər Əliyevin Naxçıvanla bağlı gördüyü işlər...

Bayramov ATƏT PA-nın prezidenti ilə görüşdü

Ermənistandan Azərbaycana ilk ixrac artıq baş tutdu

Gəmi qəzası: Vətəndaşlarımız üçün cinayət tərkibli materiallar...

Azərbaycan kəsişmədə yerləşir – Alen Berse

Paşinyandan Putinə cavab: Çıxart, etiraz etmirik!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla