İnsanın gücü neçə yaşından azalmağa başlayır?
02:15
| Ana səhifə Planet |
|
ABŞ-ın Dədəağacdakı hərbi varlığı Türkiyə üçün təhdid yaratmır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Yunanıstandakı səfiri Ceffri Payett deyib.
“ABŞ-ın Yunanıstanla eyni strateji maraqları mövcuddur. Ancaq ABŞ və Yunanıstanın Şərqi Makedoniya və Trakiyadakı tərəfdaşlıq əlaqələri Türkiyə üçün təhlükə yaratmır”, - səfir bildirib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında G-20 sammitində məsələ ilə bağlı amerikalı həmkarı Co Bayden və Fransa lideri Emmanuel Makronla danışdığını deyib. Ərdoğan həmkarlarına Dədəağacda hərbi bazanın yaradılmasının Türkiyə xalqını ciddi mənada narahat etdiyi çatdırıb.
|
Tarix
2021.11.06 / 12:06
|
Müəllif
Samir Soltanov
|