Cüzi miqdarda civə belə istinin təsirindən asanlıqla
buxarlana, ətrafa zəhər saça bilir.
Bu sözləri Diyanət Türk Vəqfininkimya mütəxəssisi Çinarə
Cavadzadətermometrlərin qırılması zamanı ətrafa dağılan civənin
fəsadlarından danışarkən Axar.az-a deyib.Çinarə Cavadzadənin
sözlərinə görə, civə xüsusən uşaqlar üçün böyük təhlükədir:
"Civə yeganə metaldır ki, maye halındadır. Ona görə də istinin
təsirindən asanlıqla buxarlana, ətrafa zəhər saça bilir. Civənin
olduqca az miqdarının belə qulağa düşməsi qulaq pərdəsini deşir və
insanı kar edir. Bu maddənin azyaşlı uşaqlarda daha ciddi fəsadlar
ortaya çıxardığı məlumdur. Civə və onun buxarları ilə zəhərlənməyə
məruz qalma əlamətləri müşahidə edildikdə dərhal təhlükəli zonanın
tərk edilməsi vacibdir. Bundan sonra əgər civə orqanizmə həzm
sistemi ilə daxil olubsa, onda zərərçəkənin mədəsi su ilə
qarışdırılmış yumurta ağı ilə yuyulur və süd verilir. Düyü və ya
yulaf həliminin verilməsi də tövsiyə olunur. Bundan başqa, həkim
gələnə qədərzərərçəkəninburun, göz və ağız boşluğunu 2 faizlik soda
məhlulu ilə yumaq və onu tez bir zamanda xəstəxanaya çatdırmaq
lazımdır".
Qeyd edək ki, son vaxtlar termometrlərin qırılması ilə bağlı
FHN-ə çoxsaylı müraciətlər olur.
Fövqəladə Hallar Nazirliyi sözügedən məsələ ilə bağlı əhalini
maarifləndirmək istiqamətində bir neçə məqalə dərc edib.
Məqalələrdə belə situasiyalarda insanların necə davranmalı olduğu
bildirilir.
Müraciətlərdən birini təqdim edirik:
"Civə dağılması və digər təhlükələr müşahidə edildikdə:
- Fövqəladə Hallar Nazirliyinin "112" zəng xidmətinə məlumat
verin!
- Otaqlarda qapı və pəncərələri açın
- Çirklənmiş otağa girişi bağlayın
Uşaqların tərkibində civə olan əşyalarla, xüsusilə civəli
termometrlərlə oynaması təhlükəlidir.
Yığılmış civəni qızdırıcı cihazların yanında, hətta qısa
müddətdə belə, saxlamaq məsləhət görülmür".