Yuxarı

Aprel döyüşləri zamanı 18 mövqe itirdik - Mnatsakanyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 12-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş və şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin “müdafiə naziri” olan L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi “itirdiklərini” bildirib.

Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi iki müsahibəsindən bəzi hissələr də nümayiş etdirilib.

O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə “Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir” deyir. L. Mnatsakanyan jurnalistin “Düzdür ki, qarşı tərəf də müdafiə olunur?” sualına “Bəli” cavabını verir.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Nəsir Bayramovun “Müsahibdə barəsində danışdığınz qarşı tərəf kimdir və sizin hansı hücumdan müdafiə olunur?” sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Tarix
2025.06.12 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ-ın Azərbaycanda yeni müvəqqəti işlər vəkili təyin olundu

Rusiya Baş Prokurorluğundan Azərbaycan açıqlaması

İngilis səfirdən Yekaterinburq hadisələrinə reaksiya

Tatar Şuşada Bayramov və Hacıyevlə görüşdü

Şahbaz Şərif Füzuliyə gəldi

Prezidentlər Xankəndidə tikiş fabrikində...

Mirziyayevin dövlət səfəri böyük əhəmiyyət kəsb edir

Əfqanıstanın baş nazirinin müavini Füzulidə

Japarov Moskvadan birbaşa Xankəndiyə gəldi

Razılaşdırılıb: Azərbaycanda saxlanılan 13 Rusiya vətəndaşı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla