
73 il sonra Rusiyada ən güclü zəlzələ: Qafqaza da təsir edəcək?
08:30
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
Sabah Bakıda və Abşeron yarımadasında şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 45-50% təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, gecə və səhər duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-27, gündüz 35-39, bəzi yerlərdə 41 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacaq.
Tarix
2025.07.30 / 13:13
|
Müəllif
Axar.az
|