Yuxarı

Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid övladları Avstriyada yay düşərgəsində iştirak edirlər!

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, “Azərbaycan Hava Yolları” (AZAL) QSC, “Azərlotereya” ASC və Azərbaycan Diasporuna Dəstək Fondunun tərəfdaşlığı ilə tələbə şəhid övladları üçün Avstriyanın Zalsburq və Vyana şəhərlərində keçirilən “Əmanətə Sədaqət” Yay Düşərgəsi davam etməkdədir.

Düşərgədə yerli və xarici universitetlərdə təhsil alan və yüksək akademik göstəricilərə malik 22 şəhid övladı iştirak edirlər.

Düşərgənin ilk günündə Zalsburq Azərbaycan Evində düşərgənin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova “Əmanətə Sədaqət” layihəsi çərçivəsində hər il həyata keçirilən bu düşərgələrin layihənin şəhid övladlarının şəxsi və peşəkar inkişafına töhfə verən mühüm təşəbbüs olduğunu vurğulayıb. Daha sonra çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fərid Əzizov isə qəhrəman şəhidlərimizin övladlarını Avstriyada qarşılamaqdan böyük qürur duyduqlarını bildirib.

Açılış mərasimində Avstriya və Sloveniyada yaşayan Azərbaycan diasporunun fəal üzvləri, eləcə də Avstriyada fəaliyyət göstərən Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.

Günün ikinci yarısında peşəkar təlimçi Emir Turan tərəfindən iştirakçılar üçün “Motivasiya” mövzusunda təlim keçirilib. Təlim interaktiv formatda təşkil olunub və gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Düşərgənin ikinci günündə iştirakçılar YUNESKO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil olan Hallştadt qəsəbəsini ziyarət edərək buradakı mədəni abidələrlə tanış olublar. Daha sonra iştirakçılar üçün Zalsburqda yerləşən Mirabell sarayına və Salzach çayı sahilinə ekskursiya təşkil olunub.

Qeyd edək ki, 28 iyul – 2 avqust 2025-ci il tarixlərində keçiriləcək düşərgə ərzində iştirakçılar karyera planlaması, şəxsi inkişaf, liderlik və motivasiya mövzularında peşəkar təlimlərə qatılacaq, həmçinin Avstriya mədəniyyətini yaxından tanıyacaq və tarixi bölgələrə maarifləndirici səfərlər edəcəklər.

Tarix
2025.07.30 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan MTX-nin hərbi hissəyə basqını... - Nə baş verir?

İlham Əliyev gərginlik keçirən generallara deyir ki...

Nazirin həyat yoldaşı Azərbaycanla danışıqlara qatılır

Muradovun rəhbərlik etdiyi zavodda maaş qalmaqalı...

Erməni həmkarlarla birgə əhalini buna hazırlayırıq - Hacıyev

Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat

Zəngəzur dəhlizinin Azərbaycan hissəsi nə vaxt tamamlanır?

Hesablama Palatası 2026-cı il dövlət büdcəsinə rəy verdi

Hər şeyi edəcəyik ki, Əliyev İrəvanda... - Simonyan

DTX-nin saxladığı başçının köməkçisi danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla