Yuxarı

ABŞ müstəqil Türkiyəni asılı Afina ilə əvəz edir - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ müstəqil Türkiyəni asılı Afina ilə əvəz edir - Ekspert

Hazırda ABŞ və Türkiyə bir-birinə çox sıx bağlıdır. Bu, bəzən ikitərəfli münasibətlərdə münaqişələrə göz yumaraq, onların bir-birinə qarşı eyni xətti davam etdirməsinə səbəb olur.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Oleq Ponomarenko bildirib.

"Onlar arasında praktiki hərbi əməkdaşlıq, o cümlədən bazaların verilməsi hələlik davam edir. ABŞ Türkiyənin özünü inkişaf etdirdiyi və gücləndirdiyi, eyni zamanda ambisiyalarını genişləndirdiyi kifayət qədər uzun bir dövrü nəzərə alır. İmkanlar artdıqca tələblər də artır. Və bu, obyektiv prosesdir. Şübhəsiz ki, bu proses ABŞ-Türkiyə münasibətləri kontekstində ikitərəfli münasibətlərdə münaqişələrin sayının artmasına səbəb olacaq. Eyni zamanda, təbii ki, haradasa tərəflərin maraqları pozulacaq. Bu səbəbdən də gələcəkdə Ankara ilə Vaşinqton arasında təmasların kəsilməsi ilə bağlı ssenari gözardı edilə bilməz", - O.Ponomarenko vurğulayıb.

Ponomarenko ABŞ-ın artıq müstəqil Türkiyəni asılı Yunanıstanla əvəz etməyə başladığını da qeyd edib:

"Amerikalılar regionda riskləri diversifikasiya etməyə çalışırlar və müvafiq infrastruktur, müttəfiqlərlə öz maraqlarını təmin etməyə çalışırlar. Bazalar şəbəkəsindən çox asılı olduqları üçün hər hansı biri ilə problem yaranarsa, etibar edə biləcəkləri bir sıra müttəfiqlərə ehtiyacları var. Nəzərə alırlar ki, ölkə nə qədər böyük və güclüdürsə, bir o qədər iddialıdır. Bu kontekstdə Yunanıstanın Türkiyə kimi müstəqil fəaliyyət göstərməsi ehtimalı sıfra yaxındır. Digər tərəfdən, bu, obyektiv proses olduğundan öz maraqlarını güdən Türkiyənin gələcəkdə təsir imkanlarını daha da genişləndirməsi ehtimalı yüksəkdir".

Tarix
2021.12.01 / 09:19
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla