Yuxarı

Mişadan xalqa müraciət: Sizə söz verirəm ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili işləmək üçün xaricə getməyi planlaşdıran vətəndaşlara müraciət edərək onları Gürcüstanda qalıb mübarizə aparmağa çağırıb.

Axar.az xəbər verir ki, o, müraciətini Feysbuk hesabından yayıb.

“Getməyin, gəlin burada birlikdə mübarizə aparaq. Eşitdiyimə görə, daha 1 milyon soydaşımız iş və gəlir əldə etmək üçün xaricə getməyi düşünür. Mən öz təcrübəmə və öz gözlərimlə gördüklərimə əsaslanaraq sizə müraciət etmək istərdim - xaricdə layiqli yer tutmaq çox çətindir. Başa düşürəm ki, burada çox çətin dolanırsınız, amma insana yeməkdən əlavə, layiqli həyat şəraiti, hörmət və özünü tamhüquqlu bir insan kimi dərk etmək lazımdır. Bütün bunlar mühacir üçün çox çətindir. Bilməlisiniz ki, siz çox uzun müddət ikinci dərəcəli şəxs olacaqsınız, bu o deməkdir ki, siz nəinki istedadınıza və ixtisasınıza uyğun işləyə bilməyəcəksiniz, həm də tez-tez daha savadsız bir yerliyə xidmət etməli olacaqsınız.

Bunu mən özüm yaşadım, həmçinin övladlarınızdan uzun müddət ayrı qalmağa öyrəşməlisiniz (mən də bunu yaşadım). Və əgər tale üzünüzə gülsə və balacalarınızı özünüzlə aparsanız, əksər hallarda onlar artıq gürcü dilinin daşıyıcısı olmayacaq və ölkə ilə əlaqəsi qalmayacaq.

Bunun müqabilində sizə nə təklif edirik?

Gəlin qarşıdakı həftələrdə, 2-3 ayda birlikdə mübarizə aparaq və biz sizə zəmanət veririk ki, nəinki vəziyyət dəyişəcək, hər biriniz gələn ilin sonuna kimi ən azı Polşada, Yunanıstanda və hətta Almaniyada qazandığınız qədər gəlir əldə edəcəksiniz. Bilirəm ki, siz siyasətçilərin vədlərinə inanmırsınız, amma unutmayın ki, mən sizə heç vaxt yalan danışmamışam. Biz vətəni və gələcəyi qoruyacağıq!", - deyə Mixail Saakaşvili müraciətində bildirib.

Tarix
2021.12.06 / 21:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla