Yuxarı

Çavuşoğlu: Asiyaya qayıtmalıyıq, lakin...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğlu: Asiyaya qayıtmalıyıq, lakin...

Türkiyənin Asiyaya qayıtması lazımdır, lakin bu, Qərbdən üz döndərəcəyimiz anlamına gəlmir.

Axar.az-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

M.Çavuşoğlu vurğulayıb ki, ənənəvi təhdidlərlə yanaşı, hazırda epidemiyalar, miqrasiya, iqlim dəyişikliyi, kiber və asimmetrik təhdidlər var, çoxtərəfli sistem zəifləyib və dəyişikliklərə və transformasiyalara cavab verə bilmir.

Onun sözlərinə görə, virtual mühit, enerji, texnologiya və ticarətdə rəqabət artıb.

"Bu siyasi transformasiya iqtisadiyyata da təsir edir. Pandemiya ilə transformasiya daha da sürətləndi. Dünyanın iqtisadi və siyasi ağırlıq mərkəzi Asiyaya doğru dəyişir. Bəzilərinin fikrincə, bu ağırlıq Qərbdən Şərqə 140 kilometr sürətlə dəyişir. Digər tərəfdən, son 30 ildə dünya istehsalının aparıcı qüvvəsi olan Çinlə Qərb kapitalı arasında bal ayı başa çatıb. Proteksionist mentalitet yenidən güclənir. Enerji böhranı, çip böhranı və qlobal təchizat zəncirlərindəki dəyişikliklər bu prosesi sürətləndirir. Bərabərsizlik, varlı ilə kasıb arasındakı uçurum genişlənir. BMT-nin məlumatına görə, artan bərabərsizlik dünya əhalisinin 70 faizinə təsir edir", - deyə XİN rəhbəri bildirib.

Tarix
2022.01.10 / 01:28
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla