Yuxarı

Bu ölkədə Ukraynadan gələnlərə xüsusi status veriləcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə Ukraynadan gələnlərə xüsusi status veriləcək

İsveçrə hökuməti onlara sığınan ukraynalılara xüsusi status verəcək.

Axar.az xəbər verir ki, Ukraynadan indiyədək 11 mindən çox müharibə qurbanının İsveçrəyə sığınacaq üçün müraciət etdiyi və federal hökumətin qısa müddətdə daha 60 minə yaxın qaçqını qəbul edə biləcəyi bildirilib.

Qeyd olunur ki, bu ilin sonuna qədər Ukraynadan sığınacaq üçün müraciətlərin sayı 300 minə çata bilər və federal hökumət kanton idarələrinə daha çox sığınacaq üçün müraciətlərə hazırlaşmağı tapşırıb.

Nazirlər Şurasının martın 11-də keçirilən iclasında Ukraynadakı müharibədən qaçaraq ölkəyə sığınanlara “S statusu” adlı xüsusi yaşayış icazəsinin verilməsi ilə bağlı qərarın təsdiq edildiyi bildirilir.

Xüsusi statusun müharibə səbəbindən ölkəsini tərk etmiş Ukrayna vətəndaşlarına, habelə Ukraynada yaşamaq icazəsi olan və müharibədən qaçmış xarici ölkə vətəndaşlarına veriləcəyi vurğulanıb.

Tarix
2022.03.24 / 10:32
Müəllif
Gülnarə Kazımova
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla