Yuxarı

Hitlerin heyvan səsli gizli silahları - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Psixoloji müharibənin daha artıq gücə malik olduğunu düşünən Hitler hazırlanan silahların vahiməli səs çıxarması üçün göstəriş vermişdi.

Axar.az xarici mətbuata istinadən xəbər verir ki, texnoloji inkişaf sayəsində fantastik gücə malik silahlara böyük maraq göstərən Hitlerin sifariş verdiyi silah layihələrinin bəziləri yarıda qalıb.

"Messerşmit 262 Şvalbe" (1941)

Döyüşün sonuna yaxın almanların ümid bəslədiyi "Messerşmit 262 Şvalbe" (Qaranquş) II-ci Dünya müharibəsinin axırlarında istehsal edilən və əsas vəzifə daşıyan ilk reaktiv təyyarədir.

"Foke Vulf Da" (1942)

Müharibə zamanı getdikcə sayı azalan və qaneedici döyüş səviyyəsində olmayan alman ordusunu görüncə, Adolf Hitler kosmosa yeni bir raket göndərmək üçün layihə imzalayır. Onun fikrincə, hazırlanacaq silahlı raket orbitdən Amerika başda olmaqla almanları sıxışdıran bütün dövlətlərin şəhərlərini bombalayacaqdı.

Z4 (1942)

Konrad Zuse adlı dahi mühəndisin yüksək bacarığını və iş prototiplərini görən Almaniya hökuməti 1942-ci ildə Zuseyə kompüterlə idarə olunan silah yaratmaq üçün maliyyə ayırıb. Ərsəyə gəldikdən sonra Z4 adı verilən bu silah bombardman strategiyalarının hesablanması üçün işlədilib.

"SdKfz 302" (1942)

Hərbçilər arasında "Qoliaz" adı ilə tanınan və uzaqdan komanda ilə idarə olunan "SdKfz 302" mini tankları 1942-ci ildən etibarən düşmənin torpağa döşədiyi minaları təsirsiz hala gətirmək üçün istifadə edilib.

"Krupp Raumer S" (1943-1944)

Psixoloji döyüşə daha çox əhəmiyyət verən Hitler döyüş vasitələrinin qorxunc və təsirli olması üçün silahlarının yırtıcı heyvan səsi çıxarmasını təmin edən "Krupp Raumer S" mexaniki sistemini hazırlatdırıb.

"Volksjager" (Xalq döyüş təyyarəsi - 1944)

Hitlerin son qurtuluş planı sıravi insanları da əsgərə çevirmək idi. Hakimiyyətə gəldiyi ilk illərdə sadə vətəndaşların avtomobil ala bilməsi üçün "Volksvagen" (xalq avtomobili) layihəsini imzalayan Hitler, 1944-cü ildə bu planının hərbi versiyasını hazırlayıb. Bu maraqlı layihə Hitler tərəfindən "Volksjager" adlandırıldı. İstifadəsi sadə və tək şəxsiyyəti təsdiq edən sənədlə satılan təyyarələr ucuz qiymətə satılırdı.

"Sturmgevehr 44" (1944)

İsveçrə bıçağı kimi çoxdişli "Sturmgevehr 44" tüfəngi dəqiq atəşlər yerinə yetirmək üçün istifadə edilib.

"Bakhem Ba 349 Natter"

"Bakhem Ba 349 Natter" II Dünya müharibəsi zamanı almanlar tərəfindən istifadə edilən hava hücumundan müdafiə sistemidir.

"Arado Ar 234" (İldırım)

"Arado Ar 234" alman texnologiyası ilə hazırlanan reaktiv təyyarələrin xüsusi "top ulduzu"dur. Bu vasitə ilə bombardman və kəşfiyyat işləri görülüb.

"Horten HO 229"

Müharibənin ilk illərində alman reaktiv təyyarələrinin şiddətli hücumlarına məruz qalan ölkələr radar texnologiyasını inkişaf etdirdi. Məhz bu radarlar təyyarələri ələ keçirən Amerika Hərbi Hava Qüvvələri Almaniyanı öz silahı ilə vurmağa başladı. Vəziyyətin kəskin dəyişdiyini görən "Hitler Xordan HO 229" adlı radara düşməyən reaktiv təyyarə hazırlatdırır və bu qırıcı təyyarənin bütün testlərdən uğurla keçdiyi bildirilir. Bəzi mənbələrdə bu təyyarənin tam hazır olduğu vaxtda Hitlerin artıq həyatda olmadığı yazılıb.

Tarix
2015.09.09 / 23:21
Müəllif
Natiq Azəri
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla