Yuxarı

Zurabişvili: Rusiyaya baxan yoxdur, hamı Qərbə gedir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zurabişvili: Rusiyaya baxan yoxdur, hamı Qərbə gedir!

2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi Tiflisin Avropa Birliyi və NATO-ya inteqrasiya prosesini sadəcə sürətləndirdi.

Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Vizasız gediş-gəliş, Avropa Birliyi ilə ticarət əlaqələri çox mühüm irəliləyişdir. Eyni şeylər NATO ilə əlaqədar da baş verir. Gürcüstan Əfqanıstan missiyasında çox aktiv bir ölkə idi. İllik olaraq NATO ilə iki hərbi təlimimiz var. Bütün bunlar bizim xarici siyasətimizin bir hissəsidir və bunu heç nə dəyişə bilməyəcək. Rusiya tərəfindən təhlükələr mövcud ola bilər, ancaq əhalimizin 80%-i Avropa istiqamətini seçir. Çünki əhali əmindir ki, bu, siyasi sistem və daxili təhlükəsizliyin inkişafı üçün vacibdir. Bizim heç bir tələbəmiz təhsil almaq üçün Moskvaya getmir, hər kəs Avropa və ya Amerika universitetlərinə gedir. Xaricə işləmək üçün leqal və ya qeyri-leqal gedən əhalimiz də Avropa və ya Amerikanı seçir, Rusiya tərəfə baxan yoxdur. Rusiyada sadəcə Sovet dövründən yaşayan gürcülər qalmaqdadırlar. Bir neçə qayıdış dalğasına baxmayaraq, onlar işləri və ailələri orada olduğu üçün bu ölkədə yaşamağa davam edirlər", - deyə Zurabişvili əlavə edib.

Tarix
2022.05.07 / 09:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

Azərbaycan getdikcə bu modeli izləyir - Hacıyev

Onlar ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla