Yuxarı

Paşayeva Şuşada əsgərləri təbrik etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva Şuşada əsgərləri təbrik etdi

Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşada qulluq edən bir qrup əsgər və zabitlə görüşüb.

Axar.az xəbər berir ki, hərbçilərimizi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Q.Paşayeva “Şuşa İli"ndən, Şuşanın qeyri-adi hərbi taktika ilə azad edilmsindən, ümumən

Milli Ordumuzun tarixindən, şanlı səhifələrdən söz açıb, 44 günlük müharibədəki tarixi Zəfərimizi Dünya Azərbaycanlılarının, Türk dünyasının böyük qüruru kimi xarakterizə edib, Ordumuzun Qafqazın ən güclü ordusu olduğunu xatırladıb:

“Əziz hərbçilər, xoşbəxtsiniz ki, Şuşada xidmət edirsiniz, bu şərəf və məsuliyyətin yüksək dərəcədə fərqində olduğunuza inanıram.

Sizi, sizin timsalınızda işğaldan azad edilmiş ərazilərimizdə xidmət edən hərbçilərimizi, bütün Ordu mənsublarımızı ürəkdən təbrik edir, uğurlar diləyirəm! Var olun!"

Q.Paşayeva və onunla birgə görüşdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, iş dünyasının təmsilçiləri - Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, UMAY – Türk Dünyası Qadınlarına dəstək İB-nin sədri Vəsilə Abulova, “Unity Company” MM-nin rəhbəri Fikrət Əliyev və sözügedən şirkətin meneceri Zərifə Arzumanova, rejissor Elnurə Kazımova, ictimai fəal xanımlar Rəna Əmirəliyeva, Nilufər Lətif, Şəhla Əliyeva, Nigar Əlizadə, şair Sərvər Kamranlı hərbçilərimizə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib.

Tarix
2022.06.27 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla