Yuxarı

Türkiyə NATO-nun görüş təklifini qəbul etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə NATO-nun görüş təklifini qəbul etdi

Sabah Madriddə İsveç və Finlandiyanın NATO-ya üzv olmaq tələbinə Türkiyənin etirazı ilə bağlı dördtərəfli sammit keçiriləcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələdar İdarəsinin rəhbəri İbrahim Kalın məlumat yayıb.

Sammitdə Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin xarici işlər naziri Ann Linde Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

"Danışıqlar artıq müəyyən qədər irəliləyib və buradan bir addım da geri çəkilmək mümkün deyil. NATO Baş katibinin xahişi ilə sabah zirvə toplantısı keçiriləcək. Bizim bu sammitdə iştirak etməyimiz mövqeyimizdən geri çəkildiyimiz mənasına gəlmir. Biz sadəcə danışıqlar aparırıq. Mən qarşı tərəfdəki həmkarlarıma da bildirmişəm ki, 200 illik tərəfsizlik siyasətinizdən imtina edib hərbi ittifaqla ayaqlaşmaq üçün çox ciddi dəyişiklik etməli olacaqsız. Biz həmçinin İsveç və Finlandiyanın PKK, PYD, YPG kimi strukturlara qarşı açıq və birmənalı mövqe tutmasını istəyirik. Bura Suriyadakı PYD və YPG ilə əlaqələr də daxildir”, - Kalın bildirib.

Tarix
2022.06.27 / 16:22
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla