Ana səhifə Planet |
Ukraynanın maliyyə sistemi hələ də verilən tapşırıqların öhdəsindən gəlməkdədir, buna görə də iyul ayı xərcləri barədə narahat olmaq lazım deyil.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ölkənin maliyyə naziri Sergey Marçenko çıxış edib.
“Müharibənin dörd ayı ərzində maliyyə sistemi hələ də qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlir, biz pensiyaçılara ödənişləri, müəllimlərə, həkimlərə maaşları tam ödəyirik. O cümlədən, prioritetlərdən biri hərbçilərin maddi təminatıdır. İyulda bunu edə bilməməyimiz üçün heç bir səbəb görmürəm. Hər şey olduğu kimi sabit və nizamlı olacaq”, - S.Marçenko vurğulayıb.
Maliyyə naziri əlavə edib ki, indi dövlət büdcəsi əsasən hərbi istiqrazların satışı və beynəlxalq tərəfdaşların yardımı hesabına doldurulur:
“Müharibə istiqrazlarının maksimum reklamını edirik. İyun ayında biz 4,4 milyard ABŞ dolları yığa bildik və bu, büdcənin maliyyələşdirilməsinə və bütün öhdəliklərimizin yerinə yetirilməsinə ciddi köməkdir”.
Tarix
2022.07.01 / 08:15
|
Müəllif
Pərviz Həsənov
|