Yuxarı

"Rusiya Suriya işğalını dayandırsın"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Rusiya Suriya işğalını dayandırsın"

Suriya Müxalif və İnqilabçı Qüvvələr Milli Koalisiyasının (SMDK) sədri Xalid Xoca BMT-də mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, Xalid Xoca Rusiya reaktivlərinin terrorçulara məxsus heç bir hədəfi vurmadığını açıqlayıb. Onun sözlərinə görə, bombardman mülki əhalinin yaşadığı ərazilərdə baş verib, 36 nəfər həlak olub:

"Rusiya Xümsün şimalında 3 bölgəni hədəfə alıb. Beşi uşaq olmaqla 36 nəfər həlak olub. Bölgə bir il əvvəl İŞİD və Əl Nüsradan təmizlənib. Həmin ərazilər hökumət qüvvələrinin nəzarətindədir".

Azad Suriya Ordusunun 70 min canlı qüvvəsi olduğunu deyən koalisiya rəhbəri hava hücumları olmadan da Əsəd rejimini dəyişə biləcəklərini deyib:

"Rusiya işğalına Suriya xalqının azadlıq mübarizəsi ilə cavab veriləcək. Bunu etməyə haqqımız var. Rusiya, İran, İŞİD və Hizbullah da daxil olmaqla bütün xarici birliklərin Suriyadan çəkilməsi üçün beynəlxalq cəmiyyətin yardım etməsini tələb edirik".

Tarix
2015.10.01 / 10:21
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla