Yuxarı

Dünya faciə ilə üz-üzədir: ABŞ savaşa girə bilər!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya faciə ilə üz-üzədir: ABŞ savaşa girə bilər!

Bizim hazırkı proqnozumuza görə, yaxın onillikdə ABŞ və Çin arasında hansısa hərbi qarşıdurma olması ehtimalı yüksəkdir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun Asiya üzrə direktoru Ceyms Krebtri “Faynənşl tayms”a açıqlamasında deyib.

O bildirib ki, keçmişdə Tayvan üzərində ABŞ-Çin müharibəsi ehtimal kimi görünsə də, hazırda bunun baş verməsi ehtimal olmaqdan çıxaraq mümkünə çevrilib:

“Yüksək rütbəli Qərb məmurları bu məsələləri ictimai yerlərdə danışmaqdan çox ehtiyat edir. Çünki 2021-ci ildə ABŞ-ın Hind-Sakit okean bölgəsindəki komandiri admiral Fil Devidson Konqresə növbəti altı il ərzində Çinin Tayvanı işğalının real təhlükəsini gördüyünü dedikdən sonra Çin bu işğala daha da meyil etməyə başladı".

Krebtri qeyd edib ki, Si Szinpin 2012-ci ildə hakimiyyətə gəldikdən sonra Pekinin xarici siyasəti nəzərəçarpacaq dərəcədə aqressivləşib:

“Tayvanı ərazisinə qatmağa hazır görünən Szinpin sələflərindən fərqli olaraq, bu məsələni nəsildən-nəslə ötürülməz tarixi missiya adlandırıb. Buna görə də xalqın ona qarşı gözləntiləri çox böyükdür, hətta ölkədə bəzi millətçilər Çin Azadlıq Ordusunun Pelosinin təyyarəsini vurmamasından belə məyus olmuşdu.

Çinin güc tətbiq etməsi təkcə Tayvan üçün deyil, materik Çinin özü üçün də faciə olardı. Çünki Pekin bununla onilliklər boyu inkişafını təhlükə altına alar və qlobal iqtisadiyyatın çökməsinə səbəb olar. Həmçinin bu, ABŞ-la münaqişə və III Dünya müharibəsinin başlanğıcı ola bilər”.

Tarix
2022.08.09 / 09:00
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər Şuşada birgə nahar etdi

Prezidentlər Şuşada Bülbülün ev-muzeyində... - Foto

Maqdalena Qrono Azərbaycana gəlir

ABŞ-da azərbaycanlılarla bağlı konfrans keçiriləcək

Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanışlıq...

Azərbaycan-Türkmənistan əməkdaşlığı... - Depuat

Prezidentlərin Şuşa gəzintisindən - Video

Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə göndərildi

Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla