Yuxarı

İş adamının 1 ay əvvəl aldığı yaxta kül oldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İş adamının 1 ay əvvəl aldığı yaxta kül oldu - Video

İtaliyalı iş adamı Paolo Skudieriyə məxsus yaxta yanıb.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, yaxta İspaniyanın Formentera adası yaxınlığında alova bürünüb. Onlarla turist təəccüblə bahalı yaxtanın yanmasına tamaşa edib.

2019-cu ildə sifariş edilsə də, 1 ay öncə iş adamına təslim edilən 20 milyon sterlinq dəyərindəki 45 metrlik yaxtada beş yataq otağı, hovuz və idman zalı da olub.

Məlumata görə, yanğın zamanı yaxtada 9 sərnişin və 7 ekipaj üzvü olub, onlar İspaniya Sahil Mühafizəsinə məxsus 2 gəmi vasitəsilə xəsarət almadan xilas olunub. Həmin vaxt 62 yaşlı iş adamının yaxtada olub-olmadığı isə açıqlanmayıb.

Yanğının hansı səbəbdən başladığı bilinmir. Araşdırma aparılır.

Qeyd edək ki, Paolo Skudieri 1956-cı ildə atası tərəfindən yaradılan "Gruppo Addler" şirkətinin rəhbəridir. Dəyəri 400 milyon sterlinq olan şirkət avtomobil hissələri istehsal edir.

Tarix
2022.08.12 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla