Yuxarı

Peres: "İndi elm üzərində yaşayırıq"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peres: "İndi elm üzərində yaşayırıq"

"Əvvəlki əsr torpaq əsri idi və insanlar həqiqətən torpaqla yaşayırdılar. Ancaq indi elm üzərində yaşayırıq".

APA-nın məlumatına görə, bu sözləri İsrailin keçmiş prezidenti Şimon Peres ADA Universitetində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insanlar torpaq üzərində yaşayanda müharibə edir: "Torpaq olanda onu müdafiə etməli oluruq, onun üçün döyüşürük. Bütün yerlərdə insanlar ordular qurublar, çoxsaylı qurbanlar olub. Gənc insanlar həyatlarını itiriblər. İndi isə elm gəlir. Lakin bu zorakılığın sonu demək deyil. Elm özlüyündə münaqişə məsələsi deyil. Lakin elm yaxşı insanlar üçün də, pis insanlar üçün də əlçatandır. Hər kəs bundan istifadə edə bilər. Hazırda zorakılıq terrorla ölçülür. Terror müharibə deyil. Bu fərqli bir şeydir. 15 nəfər terrorçu gəlir və çoxsaylı insanı öldürür. Mən qorxuram ki, biz terrorçuları öldürməklə terrorun qarşısını ala bilmərik. Hesabat verirlər ki, nə qədər terrorçu hava zərbələri nəticəsində öldürülüb. Amma nə olur? Onlar daha da artırlar. Terrora son qoymağın yeganə yolu terrorçuları öldürmək deyil, terrorun səbəblərini məhv etməkdir. Gənc qadın və kişilər arasında yoxsulluğu, savadsızlığı, diskriminasiyanı, ümidsizliyi aradan qaldırmaq lazımdır. Elm isə diskriminasiya etmir, milləti yoxdur. Rəngin ağ və ya qara olması fərq etmir".

Şimon Peres axırıncı dəfə Azərbaycanda 6 il əvvəl olduğunu və Bakını tanıya bilmədiyini qeyd edib: "Bilirəm ki, Olimpiyada keçirmisiniz. Kimin necə, harada qalib gəldiyini bilmirəm. Amma bu Olimpiyadanın ən böyük qalibi Azərbaycan xalqı, onun prezidentidir".

Tarix
2015.10.02 / 22:17
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla