Yuxarı

Baş nazirin əyləncəsi mediaya sızdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş nazirin əyləncəsi mediaya sızdı - Video

Finlandiyanın Baş naziri Sanna Marinin dostları ilə əyləndiyi video sosial şəbəkələrə sızdırılıb. Videoda baş nazirin dostları ilə rəqs etdiyi, mahnı oxuduğu, rahat və komplekssiz əyləndiyi anlar əks olunub.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, şəbəkə istifadəçiləri onun narkotikin təsiri altında olduğunu iddia ediblər.

Baş nazir bununla bağlı açıqlama verib.

Marin yayılan videolarda narkotikin təsiri altında olmadığını bildirib. Həmçinin gizlədəcək heç bir şeyinin də olmadığını əlavə edib.

“Rəqs edirdim, mahnı oxuyurdum, bayram edirdim, qanuni işlərlə məşğul idim... Narkotik istifadə etməmişdim. Alkoqoldan başqa heç nə qəbul etməmişdim”, - deyə o, sadəcə yüngül spirtli içki içdiyini qeyd edib.

O, həmçinin əlavə edib ki, bunlar şəxsi videolar olduğu üçün açıq şəkildə yayılacağını düşünməyib.

“Mən bilirdim ki, məni çəkirlər, amma inanırdım ki, videolar özəl olduğu və qapalı məkanda çəkildiyi üçün yayımlanmayacaq”, - deyə Marin vurğulayıb.

Bildirilir ki, yayılan videoda baş nazir Finlandiyanın bir neçə ictimai xadimi ilə birlikdə görüntülənib. Onların arasında deputat İlmari Nurminen və aparıcı Tinni Vikstrem də olub.

Sızdırılan kadrlarda Marinin bir neçə dostu ilə şən rəqs etdiyi görünür. Fonda isə insanların kokain haqqında nəsə danışdıqları eşidilir.

Tarix
2022.08.19 / 01:18
Müəllif
Axar.az
Digər xəbərlər

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla