Yuxarı

Qripdən qorunmaq üçün nə etməliyik?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qripdən qorunmaq üçün nə etməliyik?

Fəsil dəyişkənliyi özü ilə bərabər bir neçə xəstəlikləri də gətirir. Ani hava dəyişkənliyi və temperaturun tez-tez qalxıb-enməsi də qripə yoluxma risqini artırır.

Bəs qripə yoluxmamaq üçün həkimlər nə məsləhət görür?

Axar.az bununla bağlı mütəxəssis fikirlərini təqdim edir.

- Qidanıza diqqət edin. Xüsusilə ev yeməkləri yeməyə çalışın.

- Bacardığınız qədər çox maye için. Gün ərzində 2-2,5 litr su için.

- Gəzintiyə çıxarkən havanın isti olmasına aldanmayın. Hər ehtimala qarşı özünüzlə gödəkçə götürün.

- Antibiotiklərlə və ya digər dərmanlardan istifadə etməyə çalışmayın.

- Dərmanlardansa, təbi qidalara, meyvə və tərəvəzlərə üstünlük verin. Xüsusilə C vitamin ilə zəngin olan portağal, qreyfurt, mandarin, limon və bu kimi meyvələr qəbul edin.

- Çimdikdən sonra və ya saçlarınız islaqkən küçəyə çıxmayın.

- Ən əsasə qripə yoluxmuş adamlarla çox ünsiyyətə girməyin. Bacardığınız qədər tibbi maskalardan istifadə edin.

Əgər artıq gecdirsə və qripə yoluxmusunuzsa, aşağıdakılara diqqət edin:

- Qrip olduqdan sonra ağır idmanlardan uzaq durun.

- Bacardığınız qədər çox dincəlin. Mümkündürsə, yataq rejimində bir gün də olsa istirahət edin.

- Boğazınızda yanma və qıcıqlanma varsa, hər gün bir qaşıq bəhməz (doşab) qəbul edin.

- Havalar hələ bir o qədər soyuq keçməsə də, tez-tez isti sup qəbul edin.

- Yeməkləri nə çox isti, nə də çox soyuq halda qəbul edin. İlıq yeməklərə üstünlük verin.

- Əgər temperaturunuz varsa, çox isti geyimlər geyinməyin. Temperaturunuzu salmaq üçün ilıq duş qəbul edin və evdə nazik geyinin. Bacardığınız qədər yataqdan çıxmayın.

Tarix
2015.10.03 / 23:12
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla