Mirzoyanla Fidan danışdı
18:45
| Ana səhifə Planet |
|
Azərbaycanlı dizaynerin hazırladığı qurğu 2015-ci ilin ixtiraları reytinqinə daxil edilib.
Axar.az xəbər verir ki, bu ilin 20 ən maraqlı və lazımlı ixtirasını təqdim edilib.
Bunlar arasında azərbaycanlı dizayner Elnur Babayevin velosipedlər üçün icad etdiyi Siykli qurğusu da yer alıb. AzərTac məlumat yayıb ki, bu proyektor tipli qurğu velosipedin oturacağına bərkidilir və smartfondakı proqramla idarə olunur.
Qurğu lazer vasitəsilə velosipedçinin kürəyində onun durmaq, dönmək, hərəkətdə olmaq kimi növbəti manevrlərini əks etdirir və hərəkət iştirakçılarına müvafiq xəbərdarlıq edir.
|
Tarix
2015.10.04 / 19:58
|
Müəllif
Nigar İxtiyarqızı
|