Yuxarı

Qırğızıstanda seçkilərin lideri solçular oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qırğızıstanda seçkilərin lideri solçular oldu

Oktyabrın 4-də Qırğızıstan parlamenti - Joqorku Keneşə keçirilən seçkilər başa çatıb.

Axar.az-ın verdiyi xəbərə görə, Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasının (SRMK) sədri Tuyqunalı Abdraimov ilkin nəticələri açıqlayıb.

SRMK sədri bəyan edib ki, seçicilərin 60 faizi səsvermədə iştirak edib. Onun sözlərinə görə seçkilərdə altı siyasi partiya mandat qazanıb. AzərTac məlumat yayıb ki, Qırğızıstan Sosial-Demokrat Partiyası 27,45 faiz səs toplayaraq liderdir.

Respublika – Ata Jurd Partiyası 20,13, Qırğızıstan - 12,81, Onuquu-Proqres – 9,3, Bir Bol - 8,44, Ata Meken – 7,74 səs qazanıb. Digər partiyalar isə 7 faizlik həddi keçə bilməyiblər.

Seçkiləri dünyanın 70 ölkəsindən 500-dən artıq beynəlxalq müşahidəçi izləyib. TürkPA-nın xətti ilə Azərbaycan Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, MDB PA xətti ilə deputatlar Aydın Cəfərov, Rüfət Quliyev, İqbal Məmmədov, MDB İcraiyyə Komitəsinin xətti ilə deputat Sədaqət Vəliyeva və Azərbaycan Mərkəzi Seçki Komissiyasının əməkdaşları da səsvermə prosesini izləyiblər.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov da seçkiləri izləyən müşahidəçilər arasında olub.

Tarix
2015.10.04 / 23:15
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla