Yuxarı

Gürcüstan: “Rusiyadan qaz alacağıq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstan: “Rusiyadan qaz alacağıq”

Rusiyadan gələn qaz kəməri vasitəsilə tranzit artırılsa belə, Azərbaycan Gürcüstanın əsas qaz təchizatçısı kimi qalacaq.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına açıqlamasında Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin həll edilməsi üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib. Onun sözlərinə görə, Gürcüstan 2007-ci ildən bu yana Rusiyadan qaz almır:

"Bizim əsas təchizatçımız Azərbaycandır. Bundan başqa biz yalnız Ermənistana tranzit olunan qazın ümumi həcminin 10%-ni Rusiyadan alırıq. Əgər həcm artırılsa, biz onlardan daha çox alacağıq. Məncə, burada pis heç nə yoxdur. Azərbaycan bu sahədə bizim strateji partnyorumuz kimi qalacaq".

Qeyd edək ki, bundan öncə Gürcüstanın Energetika naziri Kaxa Kaladze enerji mənbələrinin diversifikasiya olunacağını bildirmişdi. O, Tiflisin Rusiyadan qaz ixracını artıracağını söyləmişdi.

Tarix
2015.10.10 / 15:24
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla