Yuxarı

Odessa səmasında İran PUA-sı vuruldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Odessa səmasında İran PUA-sı vuruldu - Video

Ukraynanın Odessa şəhərinin səmasında İrana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, kamikadze-dron aşağı məsafədən uçurmuş.

Məlumat hələ ki rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərlər bu ilin iyul ayında yayılmışdı. BBC-nin məlumatına əsasən, bura birinci sinfə aid taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə aid uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV). Rusiyaya verilən “Mühacir-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir. Məlumata görə, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər. Ümumi adına baxmayaraq, "Şahid-129" və "Şahid-191" çox fərqli PUA-lardır. Onlar Qərb istehsalının prototiplərindən fərqlidir. Belə hesab edilir ki, “Şahid-129” İran mühəndislərinin əlinə keçən İsrailin “Hermes 450” dronu əsasında yaradılıb. “Şahid-191” isə ABŞ-ın “Q-170 Sentinel” dronuna əsaslanır.

Tarix
2022.09.23 / 16:40
Müəllif
Axar.az
Digər xəbərlər

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla