Yuxarı

Kanal İstanbul 20 milyard dollara başa gələcək - Nazir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kanal İstanbul 20 milyard dollara başa gələcək - Nazir

Kanal İstanbulun tikintisi Türkiyəyə 20 milyard dollara başa gələcək ki, bu da ilkin təxmin ediləndən 5 milyard dollar çoxdur.

Axar.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu deyib.

“Kanalın dəyərinin ilkin hesablamalardan baha olduğu ortaya çıxdı. Biz tikintini 15 milyard dollara hesablamışıq, 20 milyard dollara başa gələcək. Türkiyə hökuməti layihəni büdcədənkənar mənbələrlə həyata keçirmək istəyir”, - nazir bildirib.

Nazirin sözlərinə görə, bu layihənin həyata keçirilməsi zəruridir:

“Ona görə də kanal gec-tez tikiləcək. Bundan əlavə, yeni kanal boğazlarda nəqliyyat yükünü azaltmağa kömək edəcək. Məsələn, indi boğazdan hər il 50 min gəmi keçir. Əgər bu axın 70 minə çatarsa, o zaman boğazlardan keçid sadəcə qeyri-mümkün olacaq”.

Tarix
2022.09.25 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın Ukrayna dronlarını vurduğu raketlərin qiyməti...

Azərbaycan və Monteneqro baş nazirləri görüşdü

Maka Boçorişvili Azərbaycanda səfərdədir

ABŞ-da Azərbaycan bayraqları endirilib? – Rəsmi

Rusiyada maaşlar da kəsilir: müharibə ölkəni bitirir

Azərbaycan daha bir konvensiyaya qoşulur

Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - Video

Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı...

Eyni gündə iki tarixi olay: TRİPP və...

İrəvanda yeni Konstitusiya layihəsinin əleyhdarları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla