Yuxarı

Erməni KİV-i: “Bu, Ermənistan dövlətinin sonu olacaq”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni KİV-i: “Bu, Ermənistan dövlətinin sonu olacaq”

Rusiya Ara Abramyan vasitəsilə Ermənistana müdaxilə etmək istəyir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistanın "168 Jam" qəzeti yayıb. Qəzet Rusiya Erməniləri Birliyinin rəhbəri olan Ara Abramyanın Ermənistan dövlətçiliyi üçün təhlükə olduğunu bildirib:

"Abramyan dünən İrəvanda mətbuat konfransı keçirdi. O, parlament seçkisində iştirak üçün partiya yaratmağı planlaşdırır və bəlkə də artıq yaradıb. Mətbuat konfransında Abramyan özünü vətənpərvər və qurban kimi göstərərək, Ermənistanda partiya açmaqla heç bir vəzifəyə iddiası olmadığını dedi. O həmçinin dedi ki, həyat yoldaşı və digər ailə üzvləri onun Ermənistanın siyasi həyatında iştirakının əleyhinədir, amma öz vətəninin taleyini düşündüyü üçün onların bu fikirlərini qəbul edə bilməz. Yəni şəxsən ona heç nə lazım deyil, amma o, Ermənistana lazımdır. Kifayət qədər tanış sözlərdir, elə deyilmi? Hazırda Abramyanın missiyasının nə ilə başa çatacağını söyləmək çətindir. Lakin bir şey aydındır ki, bu missiya nə qədər tez qurtarsa, bir o qədər yaxşı olacaq. Əks halda Abramyan Ermənistan dövlətinin sonu olacaq. "Putin mənə icra edəcəyim tapşırıqları verir", "Putin hər zaman haqlıdır" sözləri də onun dünənki mətbuat konfransından sitatlardır".

Qeyd edək ki, bundan öncə mətbuatda Rusiyanın Sərkisyanın yerinə Ermənistan hakimiyyəti üçün Ara Abramyanı hazırladığı haqqında informasiya yayılmışdı. Onun həmçinin Ermənistan "Qanunlar Ölkəsi Partiyası" yaratmaq istəməsi də bildirilmişdi.

Bundan öncə iyunun 15-də Serj Sərkisyan ilə Ara Abramyan arasında baş tutmuş görüşdə Sərkisyan ona prezidentlik və ya baş nazir ambisiyalarından əl çəkməyi təklif etmişdi. Ehtimal olunur ki, Serj Sərkisyan hazırkı Baş nazir Ovik Abrahamyanı qurban verərək, yerinə növbəti ildən Rusiyadan ixrac edilən qazın yenidən bahalaşmaması üçün Ara Abramyanı təyin etmək məcburiyyətində qalacaq. Ermənistan ilə Rusiya arasında qaz ixracı ilə bağlı bağlanmış müqavilənin vaxtı dekabr ayının 31-də bitir.

Tarix
2015.10.15 / 15:15
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Bəluclar Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

Çalışmışam ki, öz işimlə onu məyus etməyim - Prezident

Hindistan və Azərbaycan bu barədə razılığa gəldi

Hindistan Bakı və İrəvan arasında sülhü alqışlayır

Azərbaycanla Hindistan arasında fikir müxtəlifliyi var idi

Qubadlının azad edilməsi müharibədə mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla