Yuxarı

Rusiya LGBT təbliğatını qadağan etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya LGBT təbliğatını qadağan etdi

Rusiya Dövlət Duması qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və cinsi dəyişmək istəyi yarada biləcək məlumatların təbliğatını qadağan edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Sənəddə qeyri-ənənəvi münasibətlərin, pedofiliyanın təbliğatına qadağa, LGBT-lər haqqında məlumatların mediada, internetdə, reklamda, ədəbiyyatda və kinoda yayılmasına qadağa qoyulur. Həmçinin internetdə, mediada, kitablarda, audiovizual xidmətlərdə, filmlərdə və reklamlarda yeniyetmələr arasında cinsiyyət dəyişikliyi çağırışlarına qadağa qoyulub. Filmlərdə LGBT münasibətləri təbliğ edən materiallar varsa, ona yayım sertifikatının verilməsinə qadağa qoyulur. Xüsusilə, 18 yaşına çatmamış vətəndaşların LGBT məlumatlarına çıxışı qadağan edilib”, - məlumatda deyilir.

Həmçinin “Uşaqların sağlamlığına və inkişafına zərər vuran məlumatlardan qorunması haqqında” qanuna qeyri-ənənəvi cinsi münasibətlərin, pedofiliyanın və uşaqların cinsini dəyişmək istəyinə səbəb ola biləcək məlumatların təbliği də qadağan olunub.

Qeyd olunur ki, “Roskomnadzor” qanuna uyğun olaraq girişi məhdudlaşdırılmalı olan məlumatları müəyyən etmək üçün İnternetdə monitorinqin aparılması qaydasını müəyyən etmək hüququna malikdir. Monitorinq hökumətin icazə verdiyi təşkilat tərəfindən aparılacaq.

Tarix
2022.11.24 / 16:25
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Əliyevin Ermənistanı deyil, avropalıları tənqid etməsi...

Azərbaycan ərazisi İrana qarşı istifadə olunmayıb - Mustafayev

Leyla Əliyeva Raffaella Petrini ilə görüşdü

Pakistanda zorlanan azərbaycanlı qızla bağlı şok faktlar - Foto

Müharibəyə baxmayaraq, İranın Azərbaycanla... - Fərzanə Sadiq

Slovakiyanın müdafiə naziri Azərbaycana gəldi

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla