Yuxarı

Ukraynanın iki səfirliyi təhdid məktubu alıb - Kuleba

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın iki səfirliyi təhdid məktubu alıb - Kuleba

Ukraynanın iki səfirliyi təhdid məktubları alıb.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Madriddə baş verənlərdən əlavə, partlayıcı maddələrlə bağlı olmayan, lakin Ukrayna səfirliklərinə çox konkret təhdidlərin olduğu digər narahatedici hadisələr də baş verib”, - nazir bildirib.

D.Kuleba səfirlik əməkdaşlarının nə cür təhdidlər aldığını, eləcə də bu diplomatik nümayəndəliklərin yerləşdiyi ölkələrin adını açıqlamayıb, sadəcə Ukrayna Xarici İşlər Nazirliyinin tezliklə bu məsələ ilə bağlı rəsmi şərh verəcəyini bildirib.

XİN rəhbərinin sözlərinə görə, bütün bu hadisələri nəzərə alaraq, məqsədli genişmiqyaslı kampaniyanın aparıldığını iddia etmək üçün əsas var.

Qeyd edək ki, Madriddə Ukrayna səfirliyinə göndərilən paket partlayıb, nəticədə bir əməkdaş yaralanıb.

Tarix
2022.12.01 / 22:38
Müəllif
Axar.az
Digər xəbərlər

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

Bakıda Azərbaycan-AB Biznes Forumu keçirilir

Ermənistanın aldığı qırıcı nələrə qadirdir?

Təcili: Ermənistan bu ölkədən bu qırıcıları aldı - Video

Türkiyə-Azərbaycan gərginliyini kim yaradır? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla