Yuxarı

Həyəcan təbili: Ukrayna əhalisi belə yox olur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həyəcan təbili: Ukrayna əhalisi belə yox olur

Ukraynada gələn il doğum sayının fəlakətli şəkildə azalması gözlənilir. Ölkə əhalisinin sayı növbəti illərdə 35 milyona qədər azalacaq.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın M.V.Ptuxi adına Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru, akademik Ella Libanova deyib.

“Növbəti doğumda katastrofik eniş gözlənilir və 2030-cu ilə qədər Ukrayna əhalisinin sayının 35 milyona qədər azalması riski var. Arzu edirəm ki, 2030-cu ilə qədər 35 milyon olaq. Təəssüf ki, bu olmaya da bilər. Çünki müharibə davam edir, biz insanlar itiririk. Bunlar təkcə müharibədə ölənlərdən ibarət deyil, həm də stress, yüklənmə, pis qidalanma, tibbi xidmətin olmaması səbəbindən ölənlərdir", - deyə o bildirib.

Libanova əlavə edib ki, nəsillərin sadə bərpası üçün bir qadın həyatı boyu “2,13 -2,15 uşaq dünyaya gətirməlidir”. Onun sözlərinə görə, 2021-ci ildə bu rəqəm 1,1, hazırki ildə isə daha azdır.

Qeyd edək ki, Ukrayna hökumətinin rəsmi məlumatına görə, 1 yanvar 2022-ci ildə ölkə əhalisinin sayı 41 milyon 167 min 336 nəfər təşkil edib.

Tarix
2022.12.27 / 09:07
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla