Hazırda dünyada bir çox
ölkələr mövcuddur ki, pul qarşılığında vətəndaşlıq
verirlər.
Axar.az Ann.az-a istinadən
həmin ölkələrin siyahısını təqdim edir:
1. Malta
650 min avro qarşılığında Malta dövləti vətəndaşlıq vermək
haqqını tanıyır. Avropa Birliyi vətəndaşı və Şengen bölgəsində olma
şansı, ABŞ ilə viza razılaşması Maltanı digər ölkələrdən
fərqləndirir.
2. Sinqapur
Sinqapur vətəndaşlığı üçün 2 milyon dollar tələb olunur. Lakin
illik 160 milyon dollarlıq çek hesabınız varsa, buna sahib olmaq
mümkündür.
3. Avstriya
Avstriyada pul qarşılığında vətəndaşlıq verməklə bağlı rəqəm bir
çox adam üçün gizli tutulur. Hətta bunun üçün pul xaricində
insanlardan qeyri-adi bir qabiliyyət və ya müvəffəqiyyət kimi
maraqlı istəklər də tələb olunur.
4. Belçika
Bu ölkənin vətəndaşı olmaq üçün ən az 3 il Belçikada yaşamaq
lazımdır. Şərt yerinə yetirildikdə dövlət tərəfindən sizin üçün
təyin olunan bir miqdar pul qarşılığında Belçika vətəndaşı olmaq
mümkünüdür.
5. Cənubi Kipr
Rəsmi olaraq tanınmasa da, Avropa Birliyi üzvü olan Kipr Rum
seqmentinin vətəndaşlıq haqqı üçün tələb etdiyi pul 3 milyon
avrodur.
6. Çernoqoriya
Yuqoslaviyanın dağılmasından sonra müstəqillik qazanan bu kiçik
Balkan ölkəsinin vətəndaşı olmaq üçün 500 min avro tələb
olunur.
7. Antiqua və Barbuda
Qəraib dənizinin şərqində, Kiçik Antil ada qrupundakı müstəqil
bir ada ölkəsi olan Antiqua və Barbuda vətəndaşlığı üçün 400 min
dollar yetərlidir.
8. Dominika
Kiçik Antillerdə bir ada dövləti və rəsmi dili ingilis dili olan
Dominika vətəndaşlıq haqqı üçün birbaşa pul istəmir. Dominikada 100
min dollar qarşılığında investisiya qoymaqla vətəndaşlıq
mümkündür.
9. Dominikan Respublikası
Bu ölkə vətəndaşlıq üçün 100 min dollar istəyir. Amma bu rəqəm
subay adamlar üçün keçərlidir. Evli və ya uşaqlar olduqda bu məbləğ
200 min dollara qalxır.
10. Qranada
Qəraib dənizinin şərqində yerləşən Qranada vətəndaşlıq hüququ
üçün 100 min dollarlıq investisiya şərti qoyub.
11. Sent Kits və Nevis
İki adadan ibarət olan bu federal ölkə 250 min dollar
qarşılığında iranlılar istisna olmaqla digər ölkələrə vətəndaşlıq
haqqı verir.
12. ABŞ
ABŞ-dan vətəndaşlıq almağın şərtləri: 1 milyon dollarlıq şirkət
qurub və ya 500 min dollarlıq investisiya qoymaqla müddətsiz
vətəndaşlıq almaq imkanı qazanmaq olar. Beş il Amerikada fasiləsiz
yaşamaqla da vətəndaşlıq hüququ almaq mümkündür.
13. İngiltərə
5 il müddətlə 1 milyon poundluq investisiya qoymaq lazımdır.
14. Makedoniya
400 min avro dəyərində investisiya edib ən az 10 işçini işlə
təmin etsəniz, Makedoniya vətəndaşı ola bilərsiniz.
15. Bolqarıstan
Bu ölkə də ən az bir il yaşayıb 1,2 milyon dollar investisiya
qoymaq tələb olunur.
16. Albaniya
Albaniyanın şərti 200 min dollar investisiya qoymaqdan
ibarətdir.
17. Almaniya
Almaniya vətəndaşlığı üçün lazımlı olan minimum investisiya
miqdarı 250 min avrodur. Alman vətəndaşlarına məşğulluq
yaradılarsa, vətəndaşlıq qazanmaq olar.
18. Qvatemala
Beş il müddətində ən azı 50 min dollarlıq investisiya etsəniz,
qvatemalalı ola bilərsiniz.
19. Honq Konq
Asiyanın ən böyük sərbəst bazarı və limanı, ən işlək ticarət,
sənaye və turizm mərkəzi Honq Konq vətəndaşlığı üçün təxminən 1
milyon 260 min dollar məbləğində bir investisiya tələb edilir.
20. Kanada
800 min dollarlıq varidatla və ölkədə 400 min dollarlıq yatırım
qoymaqla kanadalı olmaq mümkündür.
21. Slovakiya
1 milyon avroluq sərmayə tələb edilir.
22. İrlandiya
500 min dollarlıq investisiya qoymaqla bərabər, hökumətin
müəyyən etdiyi tarixi gözləmək laızmdır.
23. Uruqvay
Yoluxucu xəstəliyin olmaması və aylıq 1200 dollar maaşın olması
kifayətdir. Bu ölkə də 3 il yaşamısınızsa, Uruqvay dövlətinin
vətəndaşı ola bilərsiniz.