Yuxarı

İran etirazları yatırmaq üçün jurnalistləri susdurur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran etirazları yatırmaq üçün jurnalistləri susdurur

İran dövlətinin təfəkkürünə görə ölkədəki etirazların davam etməsində, rejimin iç üzünün aşkar olunmasında ən önəmli vəzifəni jurnalistlər həyata keçirir. Odur ki, rejim jurnalistlərə basqını artırmaqla onları susdurmağa çalışır.

Bu sözləri Axar.az-a açıqlamasında Təbriz Tədqiqat Mərkəzinin Eksperti və “Varlıq” jurnalının yazıçılar şurasının üzvü Babək Şahidi deyib.

Son günlər jurnalist həbslərinin artmasından danışan Şahidi Tehran rejiminin baş verən hadisələrin dünyaya çatdırılmaması üçün bu siyasəti yürütdüyünü bildirib.

“İran dövləti istər daxili, istərsə də xarici siyasətdə müxalif gördüyü, yaxud təhdid bildiyi hər nə varsa, onu qorxutmaq, yaxud aradan götürmək yolunu seçib. Bu qorxu siyasətilə 40 ildən çoxdur ki, dövləti idarə edir. İnsanlara işgəncə, ağır faciələr yaşadıb. Son günlər isə jurnalistələrə sərgilədiyi davranış İranın xarakterik siyasətidir. Dövlət təhdid gördüyü yerdə basqını çoxaldaraq, oranı nəzarətdə saxlamaq və işgəncə yolu ilə o təhdidi aradan qaldırmağa çalışır. İrana görə ölkədəki etirazların davam etməsində jurnalistlərin fəaliyyəti əsas faktordur. İnsanların, başqa-başqa qrupların, bir sözlə, dünyanın diqqətini İranda baş verənlərə cəmləmək məhz jurnalsitlərin öhdəsinə düşür. Məsələn, etirazlarda ölənlərin 40 mərasimində məzar ətrafına toplaşaraq, xatirəsinin yad olunması adət halını alıb. İnsanlar bir yerə toplaşaraq, rejimə qarşı şüarlar səsləndirir. Bunlar isə video vasitəsi ilə jurnalistlər tərəfindən sosial mediada yayılır, İran xalqını yenidən alovlandırır. Beləliklə, xalq gənc insanların ölümünə qarşı yenidən etiraza başlayır. Rejim bu vəziyyətin qarşısını almaq üçün jurnalistləri susdurmağı hədəf seçib”.

Tarix
2023.01.12 / 22:36
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Kamaləddin Qafarov: Kəlbəcər yenidən inşa olunur

Zəngəzur dəhlizi bu tarixdə işə düşəcək - Matevosyan

Maduro üçün gerisayım başladı: Hava hücumları başlaya bilər

Qafqazda TRİPP reallığı: İrəvan Tiflisi “sıradan” çıxarır

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi: proses başlayır

Yeni ili Şamaxıda qarşılamaq Dohadan bahadır - Qiymət

Göyçədəki yanğın Tavuşun sərhədinə çatdı

Cəmi 1 AZN-lə bu axşam “Nar”dan avtomobilə sahib ol!

Azərbaycan bu ölkəni təbrik etdi

Kamran Əliyev həmkarını Bakıya dəvət etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla