Yuxarı

MKİ-nin kəşfiyyat məlumatı: Zelenski şoka düşdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
MKİ-nin kəşfiyyat məlumatı: Zelenski şoka düşdü

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns Rusiyanın hücumu öncəsi Ukraynaya səfərində Prezident Vladimir Zelenski ilə qapalı şəkildə görüşüb və onu sui-qəsd təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, bu barədə “İndependent” ABŞ prezidentləri haqqında kitabların müəllifi olan Kris Uipplin “Həyatının döyüşü: Co Baydenin Ağ Evinin içində" kitabına istinadla məlumat yayıb.

Bildirilir ki, Börns Rusiyanın sui-qəsd planı barədə Zelenskiyə məlumat vermək və onun "yaşadığı reallığı yoxlamaq” üçün savaşdan öncə Kiyevə gəlib, çünki Zelenskinin ABŞ xəbərdarlıqlarına münasibəti kifayət qədər qeyri-adi idi (Rusiyanın hücum edəcəyinə inanmırdı - red.).

Uipplinin sözlərinə görə, Bayden MKİ rəhbərinə Rusiyanın planlarının dəqiq təfərrüatı barədə Zelenskiyə məlumat verməyi tapşırıb:

“Bu, Zelenskinin dərhal diqqətini çəkdi. O, bu xəbərdən məəttəl qaldı və ayıldı”.

Bildirilir ki, 24 fevral 2022-ci il, yəni Rusiyanın hücum əməliyyatlarından bəri Zelenskiyə 12 sui-qəsd cəhdi olub.

Tarix
2023.01.17 / 09:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

Prezident Kestutis Budrisi qəbul etdi

Zorludan təklif: Naxçıvanda keçirək!

Kestutis Budris Azərbaycana gəldi

İrəvandan TRİPP-lə bağlı mühüm açıqlama

Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu

XİN Türkiyəyə başsağlığı verdi

Türkiyədə helikopter qəzası: 5 hərbçi şəhid oldu - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla