Yuxarı

Rusiyalılar ötən il rekord qırdı: səfərbərlikdən qaçış...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sakinləri 2022-ci ildə ölkədən kənara 24,3 milyon dəfə səfər ediblər.

Axar.az Report-a istinadən xəbər verir ki, rusiyalılar Ermənistan, Qırğız Respublikası, Özbəkistan, Tacikistan və Monqolustan daxil olmaq üzrə 5 illik rekordu qırıblar. 2022-ci ildə rusiyalılar bu ölkələrə 8,4 milyon dəfə səfər ediblər ki, bu da 2021-ci illə müqayisədə 4,7 milyon nəfər çoxdur.

Ölkədən çıxanların böyük payı Rusiyada səfərbərlik elan edilən 2022-ci ilin üçüncü rübünə düşüb. İyul-sentyabr aylarında Rusiya ilə qonşu ölkələrə 3,5 milyon, oktyabr-dekabr aylarında isə daha 2,1 milyon insan gedib.

Monqolustana gediş il ərzində 989%, Gürcüstana – 475%, Qazaxıstana – 234%, Tacikistana – 212%, Özbəkistana – 99% artıb. Bildirilib ki, 2022-ci ildə ondan qabaqkı illə müqayisədə Azərbaycana keçən rusiyalıların sayında 86% artım müşahidə edilib.

Bundan əlavə, 2022-ci ildə rusiyalıların İsrailə uçuşlarının sayı iki dəfə artaraq 100 mini keçib. Rusiyalıların Tailand, Şri-Lanka, Hindistan və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedənlərin sayı da artıb.

FTB statistikasını da təhlil edən "Mediazona"nın məlumatına görə, 2022-ci ildə Rusiyanı koronavirus məhdudiyyətlərinin hələ də qüvvədə olduğu 2021-ci ilə nisbətən daha çox Rusiya vətəndaşı tərk edib, lakin müharibə və kovidsiz normal bir ildəkindən təxminən iki dəfə azdır.

Eyni zamanda, qeyd olunub ki, bu artım milyonlarla vətəndaşın ölkəni tərk etməsi anlamına gəlmir. Gedənlərin bir qismi qayıdır. Bəziləri sərhədi bir neçə dəfə keçə bilər. Buna baxmayaraq, demoqraflar Yuliya Florinskaya və Aleksey Rakşa ötənilki mühacirət dalğasını 400-800 min nəfər kimi qiymətləndiriblər. Onlardan 100 mindən çoxu Gürcüstanda qalıb. Azı 100 mindən çoxu Qazaxıstandadır. 50-100 min Serbiyaya uçub. 40 minə yaxın Ermənistana. Təxminən 35 mini İsrail, Qırğızıstan, Avropa İttifaqına üz tutub.

Tarix
2023.02.04 / 01:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu

Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı

Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi

Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...

Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam

Tokayev Allahşükür Paşazadəni qəbul etdi

Marta Kos Bakıya gəlir: Ağdama da gedəcək

ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?

Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu

Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla