Yuxarı

Ukraynaya milyardlar axır - ABŞ narahatdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynaya milyardlar axır - ABŞ narahatdır

ABŞ Ukraynaya göstərilən yardımın monitorinqini gücləndirmək üçün birbaşa olaraq müharibə zonasına auditorlar və müstəntiqlər göndərə bilər.

Axar.az xəbər verir ki, bu barədə Pentaqonun, Dövlət Departamentinin və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin baş müfəttişləri "Voll Strit Jurnal"a bildiriblər.

USAİD-in baş müfəttişinin müavini vəzifəsini icra edən Nikol Anqarella hesab edir ki, həqiqətən hərtərəfli və etibarlı nəzarət uzaqdan həyata keçirilə bilməz. Ancaq bununla yanaşı qeyd olunub ki, indiyədək ABŞ-ın yardımı ilə bağlı böyük fırıldaqçılıq və ya qeyri-qanuni fəaliyyətlər barədə heç bir məlumat yoxdur.

Dövlət Departamentinin baş müfəttişinin müavini Diane Şav isə çox qısa müddətdə "bir hökumətə və ya bir hədəfə" çox böyük miqdarda yardımın gəlməsindən narahatdır:

"Bu maliyyəni nəzərdə tutulan məqsəddən yayındıra biləcək hər hansı fırıldaqçılıq, israfçılıq, sui-istifadə bu yardımın davamlı axınını təhlükə altına qoyur".

Tarix
2023.02.18 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Ankarada Azərbaycanı “xilafət”ə çağırdılar - Video

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla