Yuxarı

Yer kürəsi ilə bağlı şok - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Geoloqlar Yer kürəsinin 100 milyon illik tarixinin bir neçə saniyə ərzində keçdiyi animasiya yaradıblar.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, alimlər Yerin təkamül dinamikasının ən əyani mənzərəsini ərsəyə gətiriblər. Videonun əvvəlində qədim superkontinent Pangeyanın dağılması nümayiş olunur.

Videodan görünür ki, 100 milyon il əvvəl gələcək Cənubi Amerika gələcək Afrika ilə praktiki olaraq vahid bir bütöv təşkil edib. Şimal yarımkürəsində torpaq nisbətən kiçik ərazilərə bölünüb və yalnız təxminən 50 milyon ildən sonra Yerin səthi az və ya çox dərəcədə müasir formasına bənzəyib. Qeyd olunur ki, model yaradılarkən təkcə tektonik plitələrin hərəkəti deyil, həm də okean sularının hərəkəti, eləcə də Yer mantiyasının tədricən dəyişməsi nəzərə alınıb.

Bu elmi işin aparıcı müəllifi, Sidney Universitetinin alimi Tristan Salles bildirib ki, Yer üzündə həyatın mənşəyi sualına cavab axtarışında bəzi detallar çox vacib ola bilər. Onun sözlərinə görə, çöküntü süxurlarının qurudan necə yuyulduğunu başa düşmək xüsusilə vacibdir - məhz onlar planetin ilk sakinləri üçün yetişdirici zəmin olublar:

"Qədim Yerdə torpaq eroziyasının tam təsviri ilk canlı orqanizmlərin okeanların dərinliklərində deyil, quruda yarandığı fərziyyəsini yoxlamağa kömək edə bilər".

Tarix
2023.03.20 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda cərraha yüksək vəzifə verildi

Zakir Həsənov Okay Məmişlə görüşdü

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla