Yuxarı

Orban şuranı topladı: Ukrayna bizə qarşı əməliyyata başlayıb!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orban şuranı topladı: Ukrayna bizə qarşı əməliyyata başlayıb!

Ukrayna xüsusi xidmət orqanları ölkəmizdə Ukraynanın AB-yə daxil olması ilə bağlı referendumun keçirilməsinin qarşısını almaq üçün Macarıstana qarşı əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban Müdafiə Şurasının iclasında deyib.

Bundan əlavə, Orban bildirib ki, Macarıstanın siyasi müxalifəti Ukrayna xüsusi xidmət orqanlarının rəhbərliyi altında Macarıstan Silahlı Qüvvələrini gözdən salmağa cəhd edir:

“Mən şuranı ona görə çağırdım ki, son günlər xüsusi xidmət orqanlarının Macarıstana qarşı görünməmiş hücumu həyata keçirilib. Ukrayna bizim AB-yə üzvlüklə bağlı səsvermə təşəbbüsümüzü əngəlləmək üçün Macarıstana qarşı koordinasiyalı böhtan kampaniyasına başlayıb".

Qeyd edək ki, son günlər Macarıstan və Ukrayna arasında görünməmiş casus qalmaqalı yaşanır. Mayın 9-da UTX iki nəfərin Macarıstan hərbi kəşfiyyatına işləməkdə ittiham edilərək həbs olunduğunu elan edib. Daha sonra Macarıstan Ukraynanın Budapeştdəki səfirliyində işləyən iki ukraynalı diplomatı ölkədən çıxarıb və Ukrayna da buna cavab olaraq adekvat addım atıb.

Tarix
2025.05.13 / 22:02
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla