Yuxarı

Cənub regionlarında qızğın döyüş gedir - Voloşin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın cənub bölgəsində şiddətli döyüşlər davam edir. Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin müdafiəsini yararaq Donetsk, Zaporojye və Dnepropetrovsk vilayətlərinin inzibati sərhədinə çıxmağa cəhd edir, lakin ciddi itkilər verir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin sözçüsü Vladislav Voloşin məlumat verib.

Onun sözlərinə görə, ən gərgin döyüşlər Novopavlovsk istiqamətində müşahidə olunur. Məhz bu bölgədə Rusiya ordusu hücum üçün dörd alayın xüsusi təyinatlı bölmələrini cəmləşdirib:

"Rusiyalı hərbçilər manevrlər üçün fəal şəkildə motosikletlərdən istifadə edirlər, lakin Ukrayna qüvvələri həm texnikanı, həm də canlı qüvvəni məhv edir. Bundan başqa, Rusiya dron hücumlarını da gücləndirib. Son sutka ərzində kamikadze dronlarının 600-dən çox hücumu qeydə alınıb".

Voloşinin sözlərinə görə, hücumların sayı 20 faiz artıb. Bu, Ukrayna ordusunun effektiv mübarizəsi nəticəsində Rusiya artilleriyasının ciddi şəkildə zəifləməsi və daha çox pilotsuz uçuş aparatlarına və aviasiyaya güvənməsi ilə bağlıdır.

Tarix
2025.05.14 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

Şok iddia: AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Video

"Sputnik"in redaktorunun evində axtarış aparıldı

Rusiya Azərbaycana nota verdi

Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla