Yuxarı

Gizlicə ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gizlicə ABŞ-a aparılan 12 tarixi əsər Türkiyəyə qaytarılır

ABŞ-da ələ keçirilən Anadoluya aid 12 tarixi əsər məhkəmə qərarı ilə Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğuna təhvil verilib.

Axar.az xəbər verir ki, uzun müddət davam edən sınaqlar nəticəsində əsərlər Nyu-Yorkdakı baş konsul Reyhan Özgür və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəsmilərinin iştirak etdiyi Manhetten Rayon Prokurorluğunda təşkil olunan mərasimdə geri qaytarılıb.

Baş konsul R.Özgür mərasimdəki çıxışında Nyu-Yorkun prokuroru Alvin Braqqa və Daxili Təhlükəsizlik İstintaq Bürosunun agentlərinə təşəkkür edib.

“Son illərdə mədəni və tarixi əsər qaçaqmalçılığı ilə mübarizə sahəsində əldə etdiyimiz əməkdaşlığı yüksək qiymətləndirirəm. Manhetten Bölgəsi Prokurorluğu, Daxili Təhlükəsizlik Təhqiqatları qrupu və Milli Təhlükəsizlik Araşdırmaları qrupu arasında qurulan sabit və qüsursuz əlaqə ilə səmərəli nəticələr əldə edirik”, - deyə R.Özgür söyləyib.

Tarixi əsərlər üzərində birgə işlərin Türkiyə ilə ABŞ arasında əməkdaşlığı gücləndirdiyini deyən Özgür, bunların mədəni sərvətlərin qaçaqmalçılığı ilə mübarizə aparan dünya ictimaiyyəti üçün də nümunə olduğunu dilə gətirib.

Nyu-York prokurorunun köməkçiləri Metyu Boqdanos və Lisa DelPizzo da çıxışlarında sözügedən tarixi əsərlərin təsbit edilərək qaytarılmasından məmnun olduqlarını və bu mövzuda Türkiyə ilə yaxından işləməyə davam edəcəklərini vurğulayıblar.

Əsərlərin sərgiləndiyi salonda edilən çıxışlardan sonra baş konsul Özgür və DelPizzonun imzaları ilə təhvil-təslim prosesi tamamlanıb.

Tarix
2023.03.23 / 02:37
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Saidovla danışdı

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla