Yuxarı

ABŞ və İran qüvvələri arasında şiddətli döyüş gedir - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ və İran qüvvələri arasında şiddətli döyüş gedir - Video

Bu dəqiqələrdə Suriya rejimi və İran milislərinin birlikdə ABŞ hərbi bazalarına hücumları təşkil olunur.

Axar.az xəbər verir ki, bu haqda "Caucasian Live" Teleqram kanalı məlumat yayıb.

Məlumatda İran milislərinin raket hücumları və Suriya rejiminin artilleriya zərbələrinə paralel olaraq dronlar vasitəsilə də hücumların həyata keçirildiyi bildirilir. Əsas döyüşlər Suriyanın Deyr əz-Zor şəhəri yaxınlığındakı "Ömər" neft yatağı ətrafında ABŞ qüvvələri və İran milisləri arasında gedir.

ABŞ nəzarətində olan "Koniko" qaz yatağına ən az 20 raket atılıb. Qətərdəki Əl-Udeyd aviabazasındakı ABŞ F-15-ləri Suriyanın şərqində Qüds qüvvələrinin mövqelərinə güclü zərbələr endirir. Eyni zamanda "Apaçi" helikopterləri də Deyr əz-Zor şəhəri istiqamətində rejim qüvvələrinə və İran milislərinə güclü zərbələr vurur. Rejim qüvvələri Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun mövqelərini də atəşə tutur.

Suriyada ABŞ qüvvələrinə qarşı ən böyük əməliyyatlardan biri icra olunduğu haqqında məlumatlar var. Fərat çayının şərqində yerləşən ABŞ ordusuna məxsus əksər hərbi bazalarə hücum təşkil edilir.

İraqdakı Eyn əl-Əsəd və digər ABŞ hərbi bazalarındakı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Qeyd edək ki, iki gündür ərazidə vəziyyət gərginləşib. Ötən gün iranyönlü şiə döyüşçüləri Suriyanın Deyr əz-Zor əyalətindəki "Ömər" neft yatağı yaxınlığında yerləşən ABŞ hərbi bazasına bir neçə raket zərbəsi endirmişdi.

Tarix
2023.03.25 / 01:23
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla