Yuxarı

Rusiya və Çin hərbi təlimlərə başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya və Çin hərbi təlimlərə başladı

Rusiya və Çinin hərbi gəmiləri Aralıq dənizində hərbi təlimlərə başlayıb.

"Axar.az" xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, təlimdə Rusiyanın ağır nüvə kruvazörü Pyotur Veliki və Çinin sahil təhlükəsizlik gəmisi iştirak edir.

Təlim zamanı gəmilərin açıq dənizdə koordinasiyası, rabitə zabitlərinin dəyişdirilməsi kimi tədbirlər görüləcək. Bundan əlavə təlimə vertolyotlar da qatılacaq.

Rusiya Müdafiə Nazirliyi təlimdə əsas məqsədin Rusiya və Çin arasında açıq dənizdə əməliyyat peşəkarlığının artırılmasının olduğunu deyib.

Rusiya və Çinin hərbi gəmiləri arasında əməkdaşlıq ilk dəfə bu ilin 7 yanvarında Suriyanın kimyəvi silahlarının Aralıq dənizidə daşınması zamanı yaranıb.

Rusiyanın Aralıq dənizində 10-dan çox hərbi gəmisi var. Rusiyanın hərbi gəmilərinin Aralıq dənizidə 2015-ci ilə qədər qalacağı gözlənilir.

Xatırladaq ki, Sovet Rusiyasının 1967-ci ildə Aralıq dənizində 30-50 arası hərbi gəmisi var idi.

Tarix
2014.01.26 / 01:40
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla